“Daha müsəlman olmaq” yarışına azərbaycanlılar da qoşulsunlarmı?

Berlində yaşayan dostum Fəxrəddin HACIBƏYLİ islamçılaşmanın təhlükəsinə dair güclü bir yazı yazıb. Mənim “Ya müşrik olmağı seçin, ya terrorçu olmağı” yazımı da, Fəxrəddin bəyin bu yazısını da adlarını çəkmək istəmədiyim bir neçə azərbaycandilli media orqanı sadəcə olaraq dərc etmək istəmədilər… Müəllifin icazəsiylə həmin yazını mən öz bloquma yerləşdirirəm. Ağalar QUT

İslam terror dinidir, terroru doğuran, onu dini əməl, vacibat, farz sayan ideologiyadir.Məhəmmədi öz peyğəmbəri, islamı öz dini, Quranı öz kitabı sayan hər kəs bir azterrorçudur, hər an dini inancı naminə qan tökməyə hazır olan latent qatildir. Lütfənistisnaları gözümüzə soxmayın. Auşvits-də, Daxau-da, Buxenvald-da yəhudi əsirlərə xoşdavranan, yemək, geyim verən SS zabitləri var idi. Amma bu SS ve Nasizm cinayətlərinəhaqq qazandırmağa yetərli deyildir.

İslam tarixən qırğın ve qətliamlarla yaranmış, yaşamış, yayılmış və bu günümüzədəkayaqda qalmış ideologiyadir. Bu fikrimdən nə zamansa daşınsam, bunun əksini desəm,bilin ki, ya təhdid olunmuşam, qorxu altındayam, ya nə iləsə şirnikləndirilmişəm, mənfəətgüdürəm, ya da ağlımı itirmişəm… Bu məntiqdən çıxış edərək iddia edirəm: İslamıterrordan ayırıb, onun sülh, barışıq dini kimi təqdim etməyə çalışanlar yuxarıda sadalanankateqoriyalardan birinə aid edilməlidir: ya qorxaqdır, ya bu yalandan qazandığı mənfəətivar, ya da ağlını itirib, sadəcə sərsəmləyir. Bununla da islam söhbətini mən özüm üçün qapanmış sayıram.

Azərbaycanda cəmiyyətin radikallaşmasının səbəbi siyasi hakimiyyət imiş. Qulağımızıdöyənək elədi artıq bu iddia. Bu iddianı təkrarlayanın alnına diqqətlə fikir verin. Oradanarın xəttlə, amma səlis dilləmən əclafam, mən xainəm, mən xəbis niyyətliyəm!yazılıb.Bu, siyasi hakimiyyətdən narazıları dini cameə tərəfə yönləndirməyə hesablanmışmetodikadir. “Narazısansa, keç bu tərəfə, narazıların yeri buradır...” Ay sizi çoxbilmişlər, gicbalalar və bicbalalar! Elə isə bəs bu kütlə Avropada niyə radikallaşıb, adam sifətindənçıxır? Bu qızmış ərəb dəvələrinin Avropada da sosial-siyasi hüquqları pozulur, məmurözbaşınalığından cana doyub silaha sarılırlar?

Bəsdir indiyədək dediklərimiz, indi qoy faktlar, reallıq danışsın; sizin öz əməllərinizdir bizitəsdiq edən. Bir neçə il öncə “islam terroru” ifadəsinə görə üstümüzə hürüşən köpəkyavrularının, bütün humanist-sekulyaristləri peşman, diligödək etmişKəsin səsinizi,odurey Avropada da islam yayılır, avropalılar hurrey eləyib islama gəlirlər, ən uzunminarəli məscid Avropada tikilir”, – deyən latent terrorçuların indi surətinə baxmaqistərdim.

Avropalıların sizin islama, onun daşıyıcılarına səmimi münasibəti budur: PEGIDA (Patriotische Europäer gegen Islamisierung des Abendlandes; Günbatar ölkənin islamlaşdırılmasına qarşı avropalı patriotlar). Guya Peqida mühacirlərə qarşıymış.Yalandır! Bu iddia ölkəsini, yaratdığı mədəniyyəti islam dağıntısından, islam vəbasındanqorumaq istəyən, İSLAMLAŞDIRMAYA qarşı çıxan avropalıların etirazını bütün mühacirlərə, gəlmələrə qarşı yönəldilmiş akt kimi təqdim etməklə, qeyri-müsəlmanmühacirləri də işin içinə soxmaqla, əks etiraz arealını qeyri-müsəlman mühacirlərinhesabına genişləndirmək istəyənlərin xəbis uydurmasıdır. Bu hərəkat Avropamədəniyyətini islam qaranlığında boğmaq istəyənlərə, islamçı mühacirlərin Avropa tolerantlığını zorlamasına qarşıdır.

Mühacir anlayışı geniş anlam daşıyır. Bunun içində cənub-şərqi Asiya ölkələrindən gələnmilyonlarla insan – hinduslar, buddhistlər, milyonlarla şərqi avropalı, milyonlarla rus vəözünü rus sayan “rus almanı” da var. Amma söhbət onlardan getmir, bu hərəkat, günü-gündən artan bu nifrət onlara qarşı deyil. Məsələn, buddhizm avropalıların ən cox üz tutduqlari fəlsəfədir. Hər tində, hər küçənin başında gündə bir yoqa məktəbi açılır.Parklarda, meydanlarda dairəvi şəkildə düzülüb yoqayla məşğul olan avropalıları görməkən adi haldır. Amma bu, burada təbii olaraq heç kimi narahat etmir.

Avropanın başının bəlası türklərdir. Çünki islam vəbasının ən birinci daşıyıcısı və yayıcısıonlardır. Səbəb budur: ərəb-islam, islam-ərəb assosiasiyasının doğurduğu rəqabət. Ərəblər“nə edim, nə etməyim daha çox müsəlman görsənim” qayğısından uzaqdırlar. Ərəblərindaha çox inteqrasiyaya, özlərini avropalılara onlardan biri kimi təqdim etmək ehtiyaclarıvar. Ərəbin “lap da müsəlman görsənməklyuksu da, islam-müsəlman faktorundan qazanabiləcəyini daha cox dombalmaq, dombalmış vəziyyətdə daha uzun müddət qalmaqlamüsəlmanlığını isbatlamaq dərdi yoxdur. Çünki çıxdıqları region və milli mənsubiyyətləri onsuz da hər şeyi deyir. Onları Avropada bu bəlaya soxan datürkiyəlilərdir.

Türkün məşğuliyyəti qastronomiya, restoran, dönər satmaq, qəssabçılıq və sairədir. İslamənənəsinə sahiblənmək, halal etiketinə şəriksiz sahiblənmek, bu ada, etiketə daha haqlıiddiaçını, potensial rəqibi sıradan çıxartma, “halal bazarı”na şəriksiz sahiblənməyin yolunədir? İnancını ərəbdən daha qabarıq nümayiş etdirmək, ərəbdən daha artıq müsəlman, “ən müsəlman” imicinə yiyələnmək. Bu imicə sahib olmaq ücün avropalı türklərinçıxarmadıqları hoqqa, çıxmadıqları oyun, başvurmadıqları yol qamayıb. Yoxsa bazar əldəngedər, müştəri o biri piştaxtaya üz tutar axı… Buna görə də türklər ərəbləri sevmirlər.

Ərəb siz istəsəniz də, istəməsiniz də islamın yiyəsi olaraq, türk isə ağzı ilə quş tutsa da, göstərdiyi məharət islam adına bir yamaq olaraq, uzaqbaşı gözəl yamaq olaraq qalacaqdır.Ərəb islamın həm üzü, həm də astarıdir. Buna görə də ərəblər rahatdır, “yamaq” türklər isə həyəcanlı.

“Halal” etiketinə üz tutan kimlərdir? Hər halda alman, ingilis, holland, italyan, isveçli, danimarkalı və b. deyil. Ərəblərin islam adlı virusuna yoluxmuş planetin üç ən bədbəxtqövmü – türklər, farslar və hindlilərdir (pakistanlılar). Bir sözlə, primitiv, cahil müsəlmantoplumu. İndi bu toplumun diqqətini çəkmək, bu toplumda seçilmək, halaldır möhürünədaha layiq olmaq ücün gərəkən nədir? Daha da primitivləşmək, daha da səfehləşmək, daha da fanatikləşmək… İndi özünüz bu yarışmanı, yürüşməni, bashabası, soxhasoxu təsəvvüredin, çıxarılan hoqqaları, göstərilən “qanacaq”ları, arxada oynanan oyunları gözünüzün qabağına gətirin. Sizcə, biz də özümüzü bu sərsəm, mürtəce və qorxulu “daha çox müsəlman olmaq, ən müsəlman olmaq” və görünmək yarışına qapdırmalıyıqmı? Budur sual!

Açığı, məni nə ərəbin, nə də islamın bundan sonrakı taleyi maraqlandırmır. Məni narahatedən dünyada ölkəmin və millətiminislam dininə mənsubiyyət” adı altında təmsilolunması, Azərbaycan insanının “müsəlman” etiketinə korkoranə susamışlığıdır. Biz özümüzü dünyada islam mədəniyyətli ölkə kimi təqdim etməklə adımızı öz əlimizlə yaxın gələcəkdə “İslam əleyhinə qlobal vaksin vurulası ölkələr”in siyahısına salmış oluruq. Amma bu qlobal vaksin Azərbaycanda təkcə hər gün bir tində tikilən məscidin, oraya sürüylə axışan cahil sürüsünün, islamçılıq dəbinin qarşısını almayacaq (bu, bizim xilasımız olardı!), bu vaksinlə həm də mütləq itirəcəklərimiz olacaq, məhdudiyyətlərimiz olacaq, diligödəkliyimiz olacaq və s. Fransadakı son terror hadisələri bizi buna görə çox qayğılandırır.

Azərbaycan insanı papağını qarşısına qoyub, yaxşı-yaxşı düşünməli və qərar verməlidir: o, çağdaş dünyaya qoşulmaq, ondan bəhrələnmək, onunla ayaqlaşmaq istəyir, yoxsa özünü həmin çağdaş dünyanın üz döndərdiyi, qorxduğu, vaksinləməyə, əhliləşdirməyə çalışdığı bir ideologiya və mədəniyyətin təmsilçisi saymağa?

Über Ağalar Qutun bloqu

aghalar_mammadov@yahoo.de
Dieser Beitrag wurde unter FƏLSƏFƏ veröffentlicht. Setze ein Lesezeichen auf den Permalink.

Hinterlasse einen Kommentar