TƏRCÜMƏ YAZILAR

Dindarlıq – eqoizmin ən böyüyüdür

Bu yazı türk fəlsəfə professoru, Hacettepe universitetində mənim keçmiş müəllimim Fehmi Baykan-ın 2011-ci ildə ikinci dəfə nəşr edilmiş 800 səhifəlik “Zihin Hijyenine giriş” (Zehin gigiyenasına giriş) kitabından bir hissənin qısaldılmış tərcüməsidir (dilmanclanmasıdır). Ağalar QUT

İlahiyyatçılar çoxallahçılıqdan təkallahçılığa keçidi irəliləyiş sayır və bu keçidi tərifləyirlər. Yanılırlar. Bunsuz da ilahiyyatçıların bütün dedikləri boş laqqırtılardır, nəsnəsiz, təcrübədən (meydana) gəlməyən, hansısa bir nəsnəyə ünvanlanmış olmayan xəyali boşboğazlıqlardır. Yeri gəlmişkən, xatırladım: Məhəmməd tək allah ideyasını yəhudilərdən öyrənmişdir. Yəhudilər allahı YHVH kimi yazırlar. (Xristianlardan fərqli olaraq yəhudilər allahın adını dillərinə gətirmirlər. Ancaq onların fikrincə, allahın adını “Yehova”, daha doğrusu, “Yahve” formasında səsləndirmək olar). Yəhudilər qədimdə çox sayda allahlara inanırmışlar. Problemin nüvəsi buradadır ki, YHVH tək allah deyildir, sadəcə olaraq “yəhudilərin allahıdır”. (Yəhudilərin müqəddəs kitabı – A. Q.) Tövratı oxuyanlar bilir ki, orada başqa xalqların allahlarından da söhbət gedir. Yəni Tövrat başqa allahların varlığını inkar etmir! Sadəcə olaraq bunu əmr edir: “Ey Yəhudi, sənin allahın – İbrahimin, İshaqın, Yaqubun rəbbi olan YHVH-dir, başqa allahlara səcdə etmə!” Sadəcə ona səcdə et.

(Yahve – ivrit dilindən tərcümədə “Mən mənəm”, və yaxud “Mən oyam ki, o var” deməkdir – A. Q.)

Bəs, görəsən, niyə o dövrün yəhudi liderləri xalqı YHVH-yə səcdə etməyə çağırdılar. Bu mövzuların tarixi ilə maraqlansanız, səbəbi siz də başa düşərsiniz. Yəhudi liderləri sadəcə YHVH-yə səcdə etmək üçün təkid edərkən güddükləri məqsəd yəhudi qəbilələri arasında siyasi birliyi və həmrəyliyi təmin etmək idi. Bu ideoloji birlik təmin edilməsə, hər bir yəhudi qəbiləsi başqa allaha səcdə edəcək, bunun nəticəsində öz aralarında ixtilaf çıxacaq, davam edən bu ixtilafların sonunda da bölünüb zəifləyəcəklərdi. Amma bütün yəhudi qəbilələri vahid bir allah ətrafında birləşdirilə bilsə, bu vəziyyət ortaq ideoloji birlik yaradar və yəhudi qövmünü bir yerdə saxlayar, dağılmaqdan qurtarar. Beləliklə, yəhudiləri vahid allah ətrafında toplamaq planı teoloji (dini – A. Q.) yox, sırf siyasi tədbir və tətbiq idi. Bu məqsədə çatmaq üçün də onlar teoloji nağıllar uydurmağa başladılar: Musa adlı əfsanəvi bir qəhrəman yaratdılar; onun allahdan daş lövhələr üzərinə həkk edilmiş on əmri aldığını, bu on əmrin İsrail oğulları yəhudilərlə öz allahları YHVH arasında müqavilə (əhd) olduğunu, yəhudilər bu əmrlərə boyun əyib əməl edərlərsə, YHVH-nin onlara digər qövmlərin mal-mülkünü verəcəyini, boyun əyməsələr də, əksinə, onları pərişan edəcəyini təbliğ etməyə başladılar… (Məhəmməd yəhudi təcrübəsinə baxaraq ərəbləri də eyni üsulla birləşdirməyə, bunun üçün din yaratmağa qərar verdi. – A. Q.)

Lakin Məhəmməd yəhudiliyi qətiyyən düzgün öyrənməmiş, ordan-burdan eşitdiyi nağılları da başa düşməmişdir. Bu nağıllardakı İbrahimin, Musanın allahının sadəcə yəhudilərin allahı olduğunu anlamadan, onu səhvən hamının allahı kimi təqdim etdi və yarım-qırıq eşitdiyi yəhudi əfsanələrini ilahi həqiqətlər kimi danışmağa başladı. (Məhəmməd özünü allahın peyğəmbəri elan edəndə, Mədinədə yəhudi din adamlarının onu necə təəccüblə qarşıladıqlarını oxucuya xatırladıram – A. Q.). İndi də ilahiyyatçılar bu nağıllara ilahi səmavi din adı verirlər və təkallahçılığın ilahi həqiqət olmasının təbliğatını aparırlar. Onlar heç zad bilmirlər. Musanın qanunlarının və Musanın rəbbinin ancaq və ancaq yəhudilərə aid olduğunu da, başda Məhəmməd olmaq şərtilə heç bir müsəlman qanmadı. Halbuki, yəhudilərin tək allahı sadəcə yəhudilərin tək allahıdır və o, başqa heç bir qövmü öz qulluğuna qəbul etmir (Eynilə yaponların milli dinləri şintoizmdə baş allah Ameterasu kimi – A. Q.). Yəhudilər digər millətlərin hamısına bir yerdə “qoyim” adı verirlər və özlərindən qəti surətdə ayırırlar.

***

Eqonu qoruma mexanizmalarından biri də eyniləşmədir (identifikasiya). Bunun əsası belədir: İnsan özünü daha güclü (və yaxud məşhur, ya da populyar) bir adam, bir qrup, bir partiya və yaxud da bir komanda ilə eyniləşdirərək bir şeyə aidiyyətini, harayasa mənsubiyyətini təmin etmiş olur, bu da həmin adamın təklik hissindən doğan gücsüzlüyünü, acizliyini aradan qaldırır. Təkbaşına qalmaq çətindir və adamı qorxudur. Ancaq sürüyə qoşulmaq, özünəoxşarlarla çoxluq meydana gətirmək, xüsusilə, güclü (və yaxud məşhur, yaxud populyar biri) ilə eyniyyət içində olmaq adamı rahatlaşdırır.

Din – insanın bu ehtiyacını müxtəlif baxımlardan ödəyir. Bu halı bir neçə baxımdan təhlil edək.

1) Din insanın nəyəsə, harayasa aidiyyət ehtiyacını ödəyir. Üstəlik də dində komandanın kapitanı allahdır ki, o, “ən böyükdür, ən güclüdür”; sadəcə burada deyil, o biri dünyada da bizə mükafat verəcəkdir. Ona yaltaqlanmanın, ona şirin görünməyin, onun komandasında, onun partiyasında olmağın çoxlu faydaları vardır.

2) Eyniləşmənin başqa bir cəhəti də vardır: İnsan aid olduğu, mənsub olduğu qrupla lovğalanaraq, öz eqosunu doyuzdurmaqla məşğul olur. O cümlədən, öz dini ilə də fəxr edir. İnsanlıq heç kamilləşmədiyi üçün bu hal indi də davam edir. Vəziyyət o həddədir ki, zəmanəmizin məxluqları bağlandıqları futbol komandaları ilə də fəxr edə bilirlər.

İnsan öz qrupunu tərifləməklə əslində öz eqosunu gücləndirib, başqalarına göstərməyə çalışır.

Şəriətçilər, islamçılar, təriqətçilər islamın – öz nəfsinə hakim olmaq dini olduğunu bəyan edib, bununla lovğalanırlar.

Nə dediklərini bilmirlər. Əgər doğrudan da öz nəfslərinə hakim olmaq istəyirlərsə, özlərini, nəfslərini (eqolarını) yaxşı tanısınlar və öz dinlərini reklam etməkdən əl çəksinlər. Bunların etdiyi isə tərəfkeşlikdir, təbliğatdır, eqoistlikdir. Bu tayfa əgər doğrudan da öz dinlərini və nəfslərini yaxşı başa düşsəydilər, dinlərini dərhal tərk edib dinsiz olardılar! İnsan həm dindar olub, dini ilə öyünüb, həm də öz nəfsinə hakim ola bilməz. Dindarlıq – eqoizmin ən böyüyüdür!.. Bunlara baxın, allahın pasportu ilə, cənnətin kupçasını zəbt ediblər. Başqa heç kimi də içəri buraxmırlar! Elə bil cənnət dədələrinin malıdır, özləri də xırda miqyasda allahdırlar… Eqoizmə baxın!

Başda şeyxləri olmaq şərtilə, bunların hamısı nəfs şeytanının qullarıdır. “Şeytan-i lain” deyə lənətlədikləri şeytan öz içlərindədir; şeytan elə özləridir! Bunu bilsinlər.

3) Bu məsələnin başqa bir cəhəti də budur: a) İnsan özünün aqressiv duyğularını ifadə etmək üçün mənsub olduğu etiqaddan cəsarət alır, daha da aqressivləşir. 2) Belə məxluqlar guya öz “dinləri uğrunda aqressivləşdiklərinə” inanaraq, hərəkətlərinə qanuni əsas tapırlarYəni din bu məlunları həm cəsarətləndirir, həm də vəhşiliklərini leqitimləşdirir.

Buna oxşar hal ideologiyaya bağlanmış insanlarda, futbol fanatiklərində də ortaya çıxır.

Təsvir etdiyim bu hal xarakter xəstəliyidir və çox təhlükəlidir. Bu xəstəlik dindarlıq kimi, məzhəbçilik, təriqətçilik kimi; ideologiya kimi, partiyaçılıq kimi, hansısa komandaya tərəfkeşlik etmək kimi özünü biruzə verir.

Necə təzahür etməsindən asılı olmayaraq, bu genetik patologiya ilə mübarizə aparmaq lazımdır. Qabaqlar səhiyyə işçiləri traxoma ilə, malyariya ilə, vərəmlə mübarizə aparırdılar, indi də xərçəng və başqa xəstəliklərlə mübarizə edilir. Eynilə bunlar kimi, təsvir etdiyim xəstəlik də xarakterin və cəmiyyətin xərçəngidir, bununla da o cür mübarizə aparmaq lazımdır.

Hətta bu sindromun müxtəlif təzahürlərinin xəstəlik olduğunu başa düşənlər də, eyni sindrom bu dəfə özünü din kimi biruzə verəndə səslərini çıxartmırlar, çıxarda bilmirlər.

Dindar tayfa (yəhudi, xristian, müsəlman) tarix boyu həmişə fanatik olublar və fürsət düşən kimi zorakılığıa əl atıblar. Üstəlik, bu vəhşilər utanmadan öz qəddarlıqlarını allahın adına yazıb, etdiklərini ilahiləşdiriblər. Təfərrüat üçün dinlər tarixini oxuyun, dediyim həqiqəti özünüz görəcəksiniz.

Tövratda yəhudilər öz xuliqanlıqlarını Yahve ilə leqitimləşdirib, ilahiləşdirirlər. Guya Yahve yəhudi ordusunun önündə gedib, onlara ağıl öyrədir, onları müharibəyə çağırır. Yəhudilər də digər qövmlərin ölkələrini talan edirlər, əhalisini qılıncdan keçirirlər. Tövrat kitabı yəhudilərin qəddarlıq hekayələri ilə doludur, ancaq yəhudilərin nəzərində bunların hamısı leqitimdir, yəni onlara olar. “Çünki sən (yəni yəhudilər – F. B.) allahın olan RƏBB üçün müqəddəs qövmsən. Allahın olan RƏBB yer üzündə olan bütün qövmlərdən ancaq səni özü üçün seçdi” (TƏSNİYƏ, Bab 7) . Siz bu qəddarlığa, fanatizmə, vəhşətə baxın. Sakitcə öz həyatlarını yaşayan qövmlərin ölkəsini gedib zəbt edir, camaatı qoyun başı kəsirmiş kimi qılıncla doğrayır, malını-mülkünü talan edir… hamısı da Yahvenin (Yahovanın) əmri imiş! Hələ üstəlik bunlar allahın yer üzündə seçdiyi yeganə qövm imişlər…

Bu yerdə mənim nitqim kəsilir, deməyə söz tapmıram…

Bilirsiniz ki, Hitler irqçi ideologiya ilə yəhudilərə zülm etdi, nasistlərin toplama düşərgələrində çoxlu yəhudi (qaraçılar və başqaları) məhv edildi. Yəhudilər və intiligentlər hələ də fürsət düşən kimi nasistləri lənətləyirlər. Yaxşı, bəs, yəhudilərin iftixarla Tövratda yazdıqları zülmkarlığın nasist düşüncəsindən nə fərqi var? Eyni düşüncə, eyni ruh… Vaxtilə yəhudilərin başqalarına eləyib ilahiləşdirdiklərini sonra da nasistlər bunlara ediblər. Görürsünüz, insanlıq zərrə qədər də düzəlməyib…

Yəhudilərin elədikləri harada yazılıb? Xristianların da, müsəlmanların da “allah kəlamı” adı verib mübarək saydıqları Tövratda. (Burada balaca bir qeyd: Bəzi müsəlmanlar Tövrat haqqında deyirlər ki, bu, əsl Tövrat deyildir, mühərrəf Tövratdır, yəni təhrif edilmiş, dəyişdirilmiş Tövratdır, saxtadır. Tövrata təhrif edilmiş deyən müsəlmanlar özləri yalançı və saxtakardırlar. Onlar Tövratı oxuyub təəccüb edirlər, burada yazılanların allah kəlamı olduğunu qəbul edə bilmirlər. Həqiqətlə üz-üzə gəldikdə, imanları sarsılır və öz səfeh imanlarını rədd etmək əvəzinə, dönüb həqiqəti rədd edirlər, “Tövrat saxtadır!” deyirlər. Utanmaz yalançılar! Bu saxtakarlardan soruşuram: Yaxşı, elə isə hardadır əsl Tövrat? Siz bu əsl Tövratı hardasa görmüsünüz? Və oxuyub onun saxta olduğu nəticəsinə gəlmisiniz? Hardadır axı əsl Tövrat?!. Hamı bunu bilsin: Bir tək Tövrat var, o da yəhudilərin TaNaKh dedikləri kitablarının ilk beş hissəsidir. Bunu da Yahve zad göndərməyib, özləri oturub yazıblar. Ta başqa Tövrat da yoxdu. (“Tövrat dəyişdirilib” iddiasını irəli sürmək üçün, gərək, ən az bir başqa Tövrat da olmalıdır ki, onları tutuşdura biləsən – A. Q.) Qaldı ki, əgər Tövratı allah göndəribsə, allah nə üçün özü göndərdiyi kitabın dəyişməsinə, təhrif olmasına göz yumub? Allah acizdirmi? Müsəlmanlar inanır ki, Quran dəyişdirilməyib, dəyişdirilməyəcək, çünki onu allah qoruyur. Bəs, yaxşı, Quran allah kəlamıdırsa və allah da onu qoruyursa, bəs öz ilk kəlamını nə üçün qorumayıb? Allah o vaxtlar bacarıqsız idi, öz kitabını qoruya bilmirdi? Eh, boş-boş söhbətlər…)

(İslamçılar xristianların kitabı İncilin də dəyişdirildiyini deyirlər. Belə iddialar kitabın özü ilə əlaqəsi olmayan, yəni mətndənqıraq, eks-tekstual iddialardır. Çünki İncil mətninin özü oxucuda boşluq hissi yaratmır. Halbuki, Quranda bir sıra ayələrin qırıq, bəzi surələrin açıq-aşkar natamam, tarixilik və süjet xəttinin darmadağınıq olması neytral oxucu gözü ilə də görülür. Buna görə də, bir kitab kimi Quranın adi oxucu gözündə də qrammatik səhvlərlə və boşluqlarla dolu və sistemsiz olması mətndaxili, in-tekstual müşahidədir. Ən təhrif edilmiş, ən ala-yarımçıq, ən soxuşdurma kitab Qurandır. Elə buna görə də “Oğru olsan da, elə bağır ki, doğrunun bağrı yarılsın” taktikası ilə işləyən həyasız islamçılar başqalarının kitablarına hücum edirlər – A. Q.)

Başda Məhəmməd olmaqla, müsəlmanlar 1400 ildir içində nə yazıldığını bilmədikləri, heç vaxt da oxumadıqları Tövrata, Zəbura, İncilə allah kəlamı deyirlər, etiqadın şərtlərindən biri kimi bu kitabları zikr edirlər (aməntü billahi… və kütübihi…).

Adam da içində nə yazıldığını bilmədiyi bir kitaba “Allahın kəlamı” deyib inanarmı?! Normal adam, əlbəttə, inanmaz. Amma mömin inanar!

Möminlik bir zehin xəstəliyidir.

Bunlara baxın, “mömin olduqları üçün” hələ bir şükr də edirlər. İnsan öz səyliyinə, zehin xəstəsi olduğuna şükr edərmi? Siz insanlığın halına baxın. Axmaqlar sürüsü!

Və müsəlmanlar Məhəmmədin sağlığından etibarən başqa qövmlərə hücum etməyə başladılar, onları vəhşicəsinə qətl edib, mal-mülklərini talan etdilər, arvadlarını, qızlarını cariyə (validə) elədilər, yəni zorladılar…

Qəddarlıqla qəsb etdikləri qəniməti, cariyələr də daxil, “beşdə biri allahın, beşdə biri peyğəmbərin” deyib bölüşdülər.

Və bu vəhşiliklərinə də cihad deyib, müqəddəsləşdirdilər, oyündülər… Hələ də öyünürlər…

Allahı da yalançı şahid tuturlar…

Bu hal indi də davam edir. Müsəlmanlar başda öz ölkələri (Yaxın Şərqdə, Əfqanıstanda, Pakistanda) olmaqla dünyanın hər yerində terror fırtınası qoparırlar. Həm bir-birlərinə qarşı, həm də başqalarına qarşı. Sonra da durub deyirlər ki, terrorun islamla əlaqəsi yoxdur. “İslam” “slm”dan törəmişdir, sülh deməkdir, deyə bizə moizə oxuyurlar…

İndi mən soruşuram: Məhəmməddən üzü bəri bu 1400 ildə islam hara sülh gətirib? Xulefai-raşidin (ilk dörd xəlifə) dedikləri Əbubəkr, Ömər, Osman, və Əli, bu dörd xəlifədən birincisi xaric, digər üçü qətl edildilər. Bunları kim qətl etdi? CIAmı, MOSSADmı?!. Bunları ilk müsəlmanlar qətl etdilər! Müsəlmanlar elə əvvəldən həm yan-yörədəki qövmlərə, həm də özləri-özlərinə qarşı olmazın zülmlər etdilər. Bu qəddarlıqlarını da islam uğrunda həyata keçirtdilər. Aqressivlikləri hələ də davam edir.

Professor Fəhmi Bayqan

Ankara, 2009-cu il

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s