Meydan.tv saytından silinən (sildirilən) yazım

Ağalar QUT

Türkiyəlilərin Şah İsmayıla 500 illik nifrəti

Rusiya qusdu, gün gələr Türkiyə də qusar, İran da

OSMANLI” DEYƏ ÇAĞRILAN DÖVLƏTİN GƏƏK ADI

Bu dövlətin adı Osmanlı yox, Osmaniyyə olmuşdur, rəsmi bütöv adı belə idi: “Dövləti-Aliyyəyi-Osmaniyyə”.

Ancaq türkiyəlilər öz dövlətlərinə milli don geyindirmək üçün onu “Osmanlı” deyə çağırır, bizim Qızılbaş dövlətimizə isə “Səfəvilər” deyirlər. Halbuki, elə Osmaniyyə yazışmalarında o, Qızılbaş dövləti kimi adlandırılırdı. Özbək Şeybani xanlığı da yazışmalarda Qızılbaş dövləti yazırdı. Bu dövr üzrə bizim mərhum tədqiqatçımız, akademik O.Əfəndiyev də öz kitabında “Səfəvilər, yaxud Qızılbaşlar dövləti” yazır.

l” və “baş” sözlərinin ikisi də anadilli sözlərimiz olduğu üçün, Osmaniyyənin siyasi varisi olan Türkiyə öz rəsmi dərsliklərində onu “Qılbaş” adlandırmır, ona irani don geyindirmək məqsədilə “Səfəvi”; öz ərəbçi Osmaniyyə dövlətinə isə türkçü donu geyindirmək məqsədilə, tarixi təhrif etmək hesabına da olsa, “Osmanlı” adı verir. Mən də indiyədək, ancaq bilməyərəkdən, yazılarımda “Osmanlı” və “osmanlılar” yazmışam, yanlışıma görə üzr istəyirəm, indən belə “Osmaniyyə” və “osmanilər” yazacağam.

Bunları bizim tarixçilər deməli idilər. Sözsüz, mən “bizim tarixçilər” deyərkən, burdan-bura “Azərbaycan Xalq Cümhuriyyəti”nin adını “Azərbaycan Demokratik Respublikası” kimi kimi yazan, yəni gözümüz görə-görə ən yaxın tariximizi təhrif edən Cəmil Həsənli kimi adamları nəzərdə tutmuram.

Özləri dəbdən aralana bilmirlər, aralanana da “Sən gündəməyə gəlmək istəyirsən”, deyirlər.

TÜRKİYƏLİLƏR ŞAH İSMAYILA NƏ ÜÇÜN NİFRƏT EDİRLƏR?

Maraqlıdır ki, osmanilər Əmir Teymura basılıblar, Şah İsmayılı isə udublar, ancaq buna baxmayaraq, Teymura yox, İsmayıla nifrət edirlər, özü də 500 il keçməsinə baxmayaraq hələ də. Görəsən, nə üçün?

Məncə, burada yüz illərdir üstü açılmayan psixoloji bir səbəb var. Səbəb Səlimin Şah üzərində namərd, qürur verməyən, adam içərisinə çıxarıla bilməyən, sui-qəsdə oxşar qələbə qazanmağa məcbur olmasıdır. Gəlin, bu nifrətin üzərində bir az dayanaq.

Şah İsmayıl Xətainin ölkəsinə soxulub, Ona, yəni bir Şaha, “Ay qorxaq, niyə qabağıma çıxıb mənnən vuruşmursan?! Get başına ləçək bağla!” məzmunlu təhqiramiz məktublar göndərib, Onu inadla döyüşə çağıran və məktublarında Ona heç vaxt “şah” deyə müraciət etməyən (ancaq Çaldıranda qələbədən dərhal sonra dünyanın dörd bir yanına Şaha qalib gəldiyini fəxrlə xəbər verən) bu Səlim, Çaldıranda vuruşma vaxtı bilirsinizmi harada idi? Öz çadırında gizlənmişdi! Çadırın deşiyindən cəng meydanına tamaşa edir, Şahın topla vurulmasını əmr edirdi.

Şah İsmayıl isə Çaldıranda şəxsən döyüşə girmiş, güllə yarası alıb yaralananadək vuruşa-vuruşa Səlimin çadırına yaxınlaşmışdı. Şahın Çaldıranda göstərdiyi bahadırlığı düşmən olmaqlarına baxmayaraq o vaxtkı Osmaniyyə qaynaqları da etiraf etmişlər.

Əvvəllər osmanilər, indi də türkiyəlilər, onlara gecə ikən hücum etməyən, səhərəcən yatıb dincəlsinlər deyə vaxt verən Şah İsmayılın – bu igid adamın qılınc-qalxanlı atlılar ordusunu top-tüfəng atəşinə tutmaqla qalib gəlməyə məcbur olmaqlarını və ən əsası da Səlimin öz çadırından çıxıb Şahla vuruşmaqdan boyun qaçırmasını Şaha (qəribədir, Səlimə yox, Şaha!) bağışlaya bilmirlər. Məncə, Koroğlu dastanında “Tüfəng çıxdı, mərdlik getdi” sözüylə nəzərdə tutulan osmanilərin həmin bu namərdliyidir.

Təsəvvür edin, hökmdar hökmdarı açıq döyüşə çağırır, ancaq döyüş vaxtı özü çadırda gizlənir. Səlimin bu hərəkəti ümumtürk cəng qaydalarına görə bir dövlətin başını yerə soxan üz qaralığı və tarixi xəcalət idi. Əlbəttə, cəngdə hiylə işlətmək olar, ancaq Səliminki hiylə deyildi, oğuz terminologiyasında bunun adı “aldadıb ər tutmaq” idi. Şah İsmayıla əvvəllər osmanilərin, indi də türkiyəlilərin 500 ildir sönməyən kinlərinin səbəblərindən biri, bax budur.

Səlimin vuruş meydanına girmədiyini bilə-bilə, osmanilərin Səlimi Çaldıran düzündə Şah İsmayılla guya at üstündə üz-üzə dayanmış miniatürlərini çəkməkləri də məhz həmin tarixi xəcaləti gizlətmək istədiklərindəndir.

Türkiyə dövlətinin rəsmi dərsliklərində Şah İsmayıl Xətai hələ də rəzil düşmən adlandırılır, alçaldılır, guya arvadlarını meydanda qoyub qaçması, əyyaş olması və s. haqqında iftiralar həqiqət kimi tədris edilir; Türkiyə televiziya proqramlarında türkiyəli tarix professorları “azerilerin milli kahramanı” adlandırdıqları Şah İsmayılı ələ salırlar; Türkiyədə “qızılbaş” sözü hələ də söyüşdür.

Osmaniyyənin bizdən qopartdığı kənd və şəhərlərdə əsir qalaraq, Şah İsmayıl qızılbaşlığını yaşadan alevilərə əvvəllər Osmaniyyədə, indi də Türkiyədə zülm edilir. Anadoluda “Açılın qapılar, Şaha gedəlim” deyən neçə-neçə Pir Sultan Abdallar öldürülmüşlər. Nifrətin qatılığına baxın ki, M.Füzuli Şah İsmayı mədh edib deyə, türkiyəlilər onu Y.Əmrə qədər qəbul etmirlər. Yeri gəlmişkən, sünni islamçı Erdoğan‚ın nifrət etdiyi Bəşər Əsəd də bir alevidir. 1993-cü ildə Sivasda Pir Sultan Abdal şənliyi keçirmək üçün toplanan alevilərin qaldığı otelə od vurulmuş, nəticədə 30-dan çox alevi intellektualı və sənət adamı diri-diri yandırılmış, Əziz Nesin son nəfəsində xilas ola bilmişdi. Bir sözlə, Çaldıran davam edir.

GƏLİN, ŞAHLA SƏLİMİ TUTUŞDURAQ

Osmaniyyə dövlətindən on minlərlə oğuz Qızılbaş dövlətinə axınla köç edirdi. Hətta saray divanında Səlimin öz qohumları yüksək vəzifələrini, yerlərdə bəylər öz bəyliklərini buraxıb, Şah İsmayılın dövlətinə pənah aparırdılar. Bunu türkiyəli tarixçilər özləri deyirlər, ancaq bu köç axınının səbəblərini izah edə bilmirlər. Osmaniyyədən Qızılbaşlara köç elə kütləvi olub ki, hətta Səlimin Qızılbaşlara hücumunun əsas səbəblərindən biri kimi “bu gedişlə Osmaniyyə dövlətinin xalqsız qalma ehtimalını (prof. T.Gündüz) göstərirlər.

İndi gəlin soruşaq, köç edənləri qızılbaş elində Şahın qılıncı gözləyirdisə, onminlərlə insan oraya köç edərdimi? İqtisadi amillərlə yanaşı, görünür, qızılbaşlıqda oğuzlara doğma gələn nələrsə, osmani hakimiyyətində isə əksinə, onlara yad nələrsə vardı.

Səlim Anadoludan köçüb qızılbaşlara qoşulmaq istəyən qırx min oğuzu qılıncdan keçirmişdir. Bunları açıb-ağartmırlar, “burada qırx min bədii ifadədir” deyirlər, malalayırlar, ancaq Şah İsmayılın vəhşi obrazını yaradırlar.

Şah İsmayıl guya anasını öldürübmüş. Bu da ərəblərin Babəkə nifrətlərindən uydurduqları iftiraya oxşar Osmaniyyə qaynaqlı iftiralardan biridir. Yaxşı, lap deyək öldürüb, bəs Səlimin öldürtdüklərini niyə demirsiniz?! Səlim böyük qardaşı Qorqudu və onun oğlunu, böyük qardaşı Əhmədi və onun oğlu Qasımı, mərhum böyük qardaşı Şehinşahın oğlu Mehmeti, mərhum böyük qardaşı Mahmudun beş oğlunu birdən (Musa, Mehmet, Osman, Emin, Orxan), mərhum böyük qardaşı Aləmşahın oğlu Osmanı, hətta öldürtdüyü qardaşlarının arvadlarını da öldürtdürmüşdür! Bu adam kiçik qardaş olduğu üçün ona düşməyən hakimiyyəti ələ keçirmək üçün qətliam törədib, qətliam!

Gəlin, o dövrdə Səlimə verilmiş təxəllüsə baxaq: Yavuz. “Yavuz” bizim dialektimizdəki “yava” sözüdür; yava – həyasız, əxlaqsız, pozğun, ədəbsiz deməkdir. Amma Şah İsmayılı qatil və cəllad kimi qələmə verirlər. Halbuki, Şah İsmayıl Səlimin atası Sultan II Bəyazidə məktublarında ona “ata” deyə müraciət edəcək dərəcədə nəcib, yumşaq, mənəvi insan idi. Səlim isə o qədər yava idi ki, ölüm səbəbi də həyatına yaraşan oldu: gündəyməzinə çıxan çibandan öldü.

Yüzillərdir Azərbaycanda, Şərqi Anadoluda, İranda, İraqda Şah İsmayıla şeirlər, mahnılar qoşurlar; Səlimə bircə misra yazıldığını eşitmisinizmi?!.

Osmani sultanlarının və saray əyanlarının mələz (“devşirme”, düdəmə) olduqları heç kimə sirr deyildir. Çaldıranda böyük bir oğuz dövlətinə qalib gələnlər avropalıların top-tüfənglə silahlandırdıqları mələzlər idi

Osmanilər üçün qızılbaşlar Orta Asiya türklüyü ilə körpü idi. Səlim bu körpünü yandırmaqla Osmaniyyənin türklüklə bütün əlaqələrini kəsmiş oldu və sürətlə ərəbləşməyə üz tutdu. Yüz illər sonra osmanilərin türk dilini erməni Aqop Martayandan (Dilaçardan) öyrənməkləri də bunun nəticəsi idi. Bu, həmin durumlu-murumlu qondarma dildir ki, mən yazılarımda ona “türkiyəcə” adı verirəm, sadəlövh azərbaycanlılar isə bu dili “qədim türk dili” hesab edirlər.

QIZILBAŞLIQ XÜRRƏMİLİYİN DAVAMI KİMİ

Şah İsmayılın qızılbaşlığı əsla bu günkü fars şiəliyi deyildi. Biz bunu Osmaniyyə sərhədləri daxilində qalan, beləliklə şiələşdirici fars təsirindən uzaqda yaşayan və beləcə orijinal qızılbaşlığa daha yaxın qızılbaşlığı yaşadan bu günkü aleviliyin simasında da açıq görə bilirik.

Qızılbaşlıq xürrəmilik kimi, əski ümumtürk inamlarıyla da sintez olunmuş, bu günkü aleviliyə çox oxşar, bayatılı, çalğılı, çaxırlı, sintetik bir inam forması idi. Məsələn, Şah İsmayıl bir qulağına parlaq qaşlı sırğa taxardı, bu sırğa əski türk inamında Günəşin simvolu idi. Qızılbaş ordusunda qadınlar da vuruşurdu. Türkiyə tarixçilərinin özlərinin də etiraf etdikləri kimi, qızılbaş kişilər bir qadınla evlənirdilər, osmani sünniləri kimi dördünü birdən almırdılar. (yazının ardı şəklin altındadır)

4.1.1

Şah İsmayıl

Qızılbaş başqalarından ayırd edilmək üçün başına qırmı papaq qoyan şəxs idi. Birincisi, elə buradan görünür ki, Şah İsmayıl heç də hamı qılınc gücüylə qızılbaş olmağa məcbur etmirdi, qızılbaş olanlarla yanaşı qızılbaş olmayanlar da vardı.

İkincisi, “qızılbaş” adı əski ümumtürk adlandırmalarına yad deyildir, məsələn, qaraqalpaqlar (qarapapaqlar), ağbaşlar, yaşılbaşlar (özbəklərdə), qarabörklülər adlı boylar olublar. Qara qoyun yunundan papaq taxdıqları üçün qaraqoyunlulara qarabaşlar da deyilirdi. Yəni belə adlandırma ənənəsi öz ənənəmizdir.

Üçüncüsü, qırmızı (qızılbaşlar kimi qırmızı!) geyimli, ya da bayraqlı xürrəmilərin başçısı Babək titul-adının “papaq” sözümüzdən ərəb tələffüzüylə yaranmış olması fikri irəli sürülmüşdür. Mənim versiyama görə, “Babəki Xürrəmi” (Papağı Qırmızı) adı ilə “qızılbaş” adı arasında hansısa semantik bağlılıq var. Akademik Z.Bünyadov Şah İsmayılın atası Şeyx Heydərin Babəkin təliminə oxşar təlimi təbliğ etdiyi haqqında tarixi məlumatı qeyd edir. Türkiyənin mərhum şərqşünas və ədəbiyyat tarixçisi A.Gölpınarlı da “Qızılbaşlar xürrəmilərin mənəvi nəvələridirlər”, yazır. Bir sözlə, istər qızılbaşlığı, istərsə də aleviliyi ərəb Əliyə bağlamaq sonrakı dövrün persian məhsullarıdır.

AÇIQ DƏNİZƏ ÇIXIŞIMIZI KƏSƏN OSMANİYYƏ

1514-1828 tarixləri arasında, yəni təqribən 300 il ərzində bizim tarixi torpaqlarımız üç əsas tikəyə parçalandı: Osmaniyyə – avropalıların köməyilə indiki müstəqil Azərbaycandan da böyük bir ərazimizi; Rusiya – müstəqil olmuş indiki Azərbaycanı; İran – Güney ərazilərimizi qapdı. Sovet dövlətinin parçalanmasıyla Rusiya bizi, məlum qonşularımızın əliylə yaralayaraq ağzından buraxmağa məcbur oldu. Bununla da bu üçlük (Osmaniyyə, Rusiya, İran) arasında biryolluq həll edilmiş problem yenidən xortlamış oldu. Bu, tarixin təkərinin geriyə fırlanması kimi gözlənilməz möcüzədir! Bəlkə də bir gün, yeni parçalanmalar baş verəcək, Türkiyə də, İran da torpaqlarımızı qusacaqlar, qusduracağıq, qusdurmalıyıq! (Qusmaq qaytarmaq sözünün sinonimidir). Hər halda Türkiyə də silkələnir, İran da…

Qafqaza gəlmə və bapbalaca xalq ola-ola ermənilərin dənizdən-dənizə “Böyük Ermənistan” vizyonu varkən; Anatole (Anadolu) torpaqlarını min ildir itirdiklərini iddia edən yunanların öz torpaqlarına qayıtmaq üçün 200 ildən çoxdur “Meqali idea” (“Böyük ideya”) planları varkən; bizim nə üçün öz dopdoğma torpaqlarımıza qayıdış strategiyamız və vizyonumuz olmasın?! Bizim milli miras mübarizəmiz olmalı, müstəqil Azərbaycanın yeni nəsil yazıçıları, tarixçiləri, siyasətçiləri və b. bu vizyona yiyələnməlidirlər.

Bütöv Azərbaycan” iki əsas hissədən yox, üç əsas hissədən ibarətdir. Təkcə Qarabağa fokuslanmaq da kökündən yanlışr. Təbriz, Ərdəbil, Dərbənd, Borçalı, İrəvan bizim tarixi torpaqlarız olan kimi, indiki Türkiyənin Adana, Maraş, Malatya, Ərzincan, Gümüşxana, Rizədən üzü bəri, bu adı çəkilənlər də daxil olmaqla, hamısı bizim tarixi torpaqlarızdır. Başlanğıcda Osmaniyyənin ərazisi indiki Türkiyə ərazilərindən iki dəfə kiçik idi, bizim torpaqlarımız hesabına qarnı bir belə dombaltdı. İndiki Türkiyənin demək olar yarısı bizim torpaqlarızdır. Şərqi Anadolu kürdlərin olmadığı kimi, türkiyəlilərin də deyildir, bizimdir. Məsələn, Diyarbəkir ağqoyunlu Uzun Həsənin doğulduğu yerdir.

Bizim Rizə, Artvin, Ərdahan, hətta Trabzon üzərindən Qara dənizə, beləliklə açıq okeana və Avropaya birbaşa çıxışımız vardı, Osmaniyyə əlimizdən aldı. Bununla da bizim Avropa ilə birbaşa bağlılığımız kəsildi və beləliklə islam şərqi ölkəsi olmağa, persian şiələşməyə məhkum olduq. Çaldırandan sonra Şah İsmayılın sovuşmayan dərin bir kədərə qərq olub (İgid sındı – öldü!), dövlət işlərindən əl çəkməsi, bununla da Qızılbaş dövlətinin Səfəvilər-İran dövlətinə, qızılbaşlığın isə fars şiəliyinə çevrilməsinin əsası qoyuldu. Bunların hamısını bizə edən indiki Türkiyənin atası Osmaniyyə idi. (yazının ardı şəklin altındadır)

xerite-1

Türkiyə elmi və dövlət siyasəti Çaldıran vuruşmasına da, bizə də siyasi qisas məsələsi kimi, biz isə hər şeyə mənəvi baxırıq. Faktik olaraq, mən bu saat “tarixi xatırladan” mövqeyində, Türkiyə dövləti isə öz rəsmi dərslikləri vasitəsilə “tarixi unutmayan” mövqeyindədir. Bu gün türkiyəcənin dilimizə hücumu həmin siyasətin davamıdır. Bizim indi artıq dövlətimiz var. Dünənədək bu hadisələr bizim üçün ədəbiyyat mövzusu idisə, indən belə artıq siyasət mövzusudur.

Gəlin, düşünək. Öz aralarında üç tikəyə parçalayıb qapdıqları tikələrdən birinin qurtulmasını Türkiyə-Rusiya-İran üçlüyündən hansı istəyərdi?! Osmaniyyənin varisi olan Türkiyəqoyunlu-Qaraqoyunlu-Qılbaş torpaqlarında yenidən peyda olmuş bu günkü Azərbaycan adlı dövlətə necə dost ola bilər?! O, bizə tarixi xortdan kimi baxır. Varisi kim sevər?! Ələlxüsus da mirası oğurlamısansa. Ancaq Cəmil Həsənli kimi, onbaşı-yüzbaşı ümumtürk hərb sistemini monqol hərb üsulu adlandıracaq dərəcədə ümumtürk tarixindən məlumatsız, elm meydanını boş görüb tarixçi adı qapışran bir təhrifçi osmaniləri indi bizə hətta xilaskar kimi soxuşdurmağa çalışır.

OSMANİ BALASININ DİLİNDƏ DANIŞMAĞA BAŞLAMIŞ QIZILBAŞ

Orta məktəb şagirdi olduğum vaxtlar idi. Evimizdəki kitabxanada Şah İsmayıl Xətainin şeirlərini açıb oxumağa başlamışdım. Kitabın girişində Şah haqqında verilən məlumatlarda Qızılbaş dövlətində ana dilimizin başlıca rolunu göstərmək üçün bir neçə misal verilmiş, sarayın dəftərxanasında “gecə patrulu”na “gəzər”, “təqaud”ə “kəsim” deyildiyini oxumuşdum. Bəlkə də o vaxt o kitabda çox sözlər oxumuşam, ancaq bu ikisi qalıb yadımda. Sonralar Türkiyədə A.Martayan (Dilaçar) adlı erməni dilçi “kəsim” sözü düzəltmiş və ona ərəbcə “zümrə” mənası vermişdir. İndi görün, nə utancverici rüsvayçılıqdır ki, qızılbaşların bu günkü varisləri olan azərbaycanlılar “kəsim” sözünü təqaüd mənasında yox, düşmənimiz olan Osmaniyyənin varislərinin diliylə, hətta bir erməninin diliylə zümrə mənasında işlədirlər.

Türkiyə özümüzküdür, o, nəinki torpaqlarımızı işğal etmək, dilimizi məhv etmək, lap bizi zorlasa da, qəbulumuzdur, sağ olsunlar!” deyənlərə isə mənim sözüm yoxdur.

19.12.2015

Advertisements

Über Ağalar Qutun bloqu

aghalar_mammadov@yahoo.de
Dieser Beitrag wurde unter FƏLSƏFƏ veröffentlicht. Setze ein Lesezeichen auf den Permalink.

5 Antworten zu Meydan.tv saytından silinən (sildirilən) yazım

  1. Emil Hacıyev schreibt:

    Yaxşı ki, bu prosesləri sizin kimi təhlil edən bir adam var. Yazılarınızla ilk tanışlığım „Aşma“ kitabı ilə oldu. Sizin hər yeni yazınızı səbirsizliklə gözləyirəm. Uğurlar sizə

    Gefällt 1 Person

  2. ismayil schreibt:

    birinci ay yaziq ele bu yaxinlarda bir turk yazari sah ismayili fars adlandirdi ve bir nece deqiqe sonra ona sah ismayilin bele bir turk hokmdari oldugu subut edildi. ikinci sah ismayil caldiran doyusunde sadece ozune cox arxayin idi ele bilirdi qalib gelecek, ucuncu qilincin qabagina top tufeng cixartmagi qorxaqliq sayirsan? acigi bu qederinde gozlemirdim sizden. indi bu gun biz bir olke ile muharibe edende onlara deyek ki sen allah bizde muasir silahlar yoxdu gelin eyni silahlarla vurusaq? dorduncu senin kimi „yazarlar“ var oldugu muddetce ara qariwiq olacaq. altinci beli selim avropanin oyununa geldi ama sah ismayil da az awin duzu deyildi. yeddinci dunen yaranmis sefevi dovleti 225 illik bir osmanli dovletine xox gelmek isteyirdi. heyatin qanunlari var. bunu pozanda qardaw qardawa duwmen olur. sekkizinci dovletin adina geldike turk metbuatinda, filmlerde, kitablarda dovleti-aliyye -osmaniyye gedir. ve osmanli ya osmaniyye adnin onemi yoxdu. onemli olan esasinin ele osman terefinden qoyulmasidir. doqquzuncu sefevi sozunu fars itleri cixardib ve bu gun fars dovleti olaraq tanidirlar sah ismayili. bele agillisan get onlara cavab ver. ve unutma ki wie suunu sohbeti edirsensen se ismayilin ata babasi da sunnu olub. onuncu bu gun turkiyede hec de elevilere tezyiq basqi yoxdur. yeqin sen materiali toplayanda bas ayaq oxuyursan. turkiye bu gun dunyaninen demokratik olkesidir. sadece bezi araqariwdiran sefersizler var

    Gefällt mir

  3. Seymurq Uluqay schreibt:

    Ağalar müəllim Adana kiçik ermənistan deyə indi adlandırılan qədim erməni torpağıdır. Orda Alpan türklərindən bir sülalə Kilikiya çarlığında hökmdar olublar. Orda Alpan dilindən qalma indi erməni-qıpçaqcası adlandırılmış türk dilində Mxitar Qoşa məxsus Törə Bitik adlı Qanunnamə var. Ancaq ora bizim deyil. Sivas, Yuxarı Van, Qars, Ərzurum, Ərzincan, Çıldır bizimdir. Ancaq Maraş, Adana filan irgəndiyim bir şey, murdar bir şey murdar düşmənlərimizcə tarixindən murdarlanmış bir torpaq….

    Gefällt mir

  4. Ağasadıq schreibt:

    Gör bu adam TÜRKLƏRİN əlindən nə qədər yanıqlıdu!! Qısqanclıqdan , Türkıər yox, Türkiyeliler yazir))))0 ay yazıq..Sənin kimi araqarışdıranların çamuru TÜRKLERE yakışmaz!! İsmayil yuxarıda sənə ətraflı cavab yazıb, o üzdən mən uzatmıram..

    Gefällt mir

  5. Nihat Yağmur schreibt:

    hüseyin bey çok teşekkürler yazınız için.ŞAH İSMAİL VE DEVLETİYLE İLGİLİ YAZDIKLARINIZ YANİ KIZILBAŞLAR İÇİN YAZDIKLARINIZ İÇİN MÜTTEŞEKİREM SAĞ OLUNUZ…..SİZDEN İSTEĞİM ŞU DUR Kİ; 1-ELİNİZDE ŞAH İSMAİL VE SAFEVİ KIZILBAŞ DEVLETİ LE İLGİLİ KİTAP VEYA DERGİ İSTİYORUM YANİ (PDF) SİNİ İNTERNET ÜZERİNDEN GÖNDERİRSENİZ SİZE MİNNETTAR OLURUM. 2-AYRICA ERDEBİL KIZILBAŞ ATABEYLİĞİ İLE İLGİLİ (DEVLETİ) BİLGE VE BELGE İSTİYORUM…BEN EMEKLİ TARİH ÖĞRETMENİYİM.SAYGILARIMLA…

    Gefällt mir

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s