Türkiyənin Azərbaycana münasibətdə növbəti oğ…-lığı

Ağalar QUT

1) Türkiyə-Rusiya qarşıdurmasının elə ilk günündən Azərbaycan bu iki dövlət arasında vasitəçi və beləliklə onlar arasında neytral ölkə kimi görüş yeri ola biləcəyini təklif etdi. Ancaq Türkiyə, vasitəçi olsun deyə Azərbaycana yox, Qazaxıstana müraciət elədi. Belə bir vasitəçilik Azərbaycana hörmət gətirə bilərdi. Türkiyə bunu bizə çox gördü, bizi saymadı.

2) Türkiyə diplomatik söz atışmalarında Qarabağı azad edə biləcəyi ilə hədələdi Rusiyanı. Bu hədə o qədər qeyri-ciddi yalan idi ki, Rusiya ona heç rəsmi cavab da vermədi. Ancaq soruşmaq gərək, Rusiyanı hədələməyə başqa mövzu tapmadınız?! Bu, Rusiyanın qəzəbi qarşısına Azərbaycanı çəkmək, ya da itələmək deyilmi?!

3) İndi də Türkiyə baş naziri Azərbaycana gəlib, Rusiya dövlətinə mesajlar göndərir, yersiz bir formada Azərbaycan-Türkiyə qardaşlığını ifadə edir. Bu qardaşlıq ifadəsinin heç vaxtıdırmı, yeridirmi? Medvedyev bu saat Azərbaycana gəlib “Azərbaycanlılar bizim canımızdır” desəydi, Türkiyənin Azərbaycana münasibəti necə olardı?! Türkiyənin bu hərəkəti Azərbaycanın neytral qalmaq istəyinə və məcburiyyətinə (!) xələl gətirib, Azərbaycanı bilərəkdən münaqişənin içinə çəkməyə hesablanmayıbmı?

Bir sözlə: Türkiyə Azərbaycana hər zamankı kimi qurban münasibətini davam etdirir. Məqsədi Rusiyanın qabağına bizi itələməklə Rusiyanın hədəfindən yayınmaqdır. Bunun adı qardaşlıqdır, yoxsa oğ…-lıq?!

04.12.2015

Advertisements

Über Ağalar Qutun bloqu

aghalar_mammadov@yahoo.de
Dieser Beitrag wurde unter FƏLSƏFƏ veröffentlicht. Setze ein Lesezeichen auf den Permalink.

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s